Bakıda 29 yaşlı qadın bıçaqlanıb.
Hadisə Sabunçu rayonunda baş verib.
1990-cı il təvəllüdlü Gülməmmədova Ramilə Hafiz qızı bıçaq xəsarəti alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərilib. R.Gülməmmədovanın vəziyyətinin stabil olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi Sabunçu Rayon Polis İdarəsində araşdırılır.
/oxu.az/