Bakı Ağır Cinayətlər Məhkəməsinə Kürdəmir rayon sakini Nəriman Əliyevin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən il sentyabrın 23-də Abşeron rayonunda fəaliyyət göstərən "Oskar" oteldə Ucar rayon sakini, 21 yaşlı Aysel Orucova naməlum şəxs tərəfindən qətlə yetirilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törədən, əvvəllər məhkum olunan, 35 yaşlı Nəriman Əliyev saxlanılıb.
Araşdırmar zamanı məlum olub ki, o, Aysel Orucovanın qısqanclıq zəminində öldürüb. Belə ki, bir müddət əvvəl tanış olan cütlük arasında sevgi münasibəti yaranıb. Sonuncu dəfə ayın 23-də"Oskar" otelində olarkən aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş verib və Nəriman Ayselə 11 bıçaq zərbəsi vurmaqla, onu qəsdən həyatdan məhrum edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.