Bakı Ağır Cinayətlər Məhkəməsinə Bakı şəhər sakini Orxan Əliyevin CM-nin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il martın 1-də Binəqədi rayonu ərazisindən Kliniki Tibbi Mərkəzə bıçaq xəsarətləri ilə paytaxt sakini Zaman Rüstəmov (1998-ci il təv.) daxil olub. O, dərhal əməliyyata götürülüb və həkimlərin səyi nəticəsində həyatı xilas edilib.
Araşdırma aparan Binəqədi RPİ-nin əməkdaşlarına məlum olub ki, zərərçəkmişi şəxsi aralarında yaranmış mübahisə zamanı Orxan Əliyev bıçaqlayıb. O, saxlanılıb və istintaqa təhvil verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iyulun 24-nə təyin edilib.