Median.Az xəbər verir ki, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən 1-ci Mayak kənd sakini C.Xudiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 115 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, şəhər sakini P.Haxverdiyevin yaşadığı evə baxış zamanı 6,675 qram marixuana, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, İmamqulubəyli qəsəbə sakini A.Allahverdiyevə məxsus həyətyanı sahədən 28 ədəd , Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Göyçəli kənd sakini X.Bağırova məxsus həyətyanı sahədən 27 ədəd çətənə kolu aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.