Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən mobil telefon və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Abşeron rayon sakinləri K.İbrahimov və S.İsmayılov saxlanılıblar.
Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.