Keçən il Nərimanov rayonunda həbs edilən məşhur stilist "İntuş" ləqəbli İntizam Yusifov Ali Məhkəməyə müraciət edib.
Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə prosesi hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 25-də keçiriləcək.
Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə) maddəsiylə təqsirləndirilən və Nərimanov rayon Məhkəməsi tərəfindən məhkum edilən "İntuş" ona bəraət verilməsini tələb edib.
Qeyd edək ki, Yusifov İntizam İntiqam oğlu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, Bakı şəhər sakinləri olan yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyinə görə tutulub.
Cinayət işində 13 azyaşlı qız zərərçəkmiş qismində tanınıb.
Məhkəmənin hökmü ilə İntizam Yusifov 4 il müddətinə azadlıqdan məhrum edilib.