Bakının Nizami rayonunda Türkiyə vətəndaşının evindən oğurluq edilib.
Median.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə 69 ünvanında baş verib.
Türkiyə vətəndaşı Sinan Arıcının yaşadığı mənzilə naməlum şəxs daxil olaraq 6 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Zərərçəkən S.Arıcı bu barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə müraciət edib.
Hadisəni törədən şəxsin axtarışına başlanılıb.