“Korrupsiya və Qanun” qəzetinin müxbirinə 3 il həbs cəzası verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:16 Rusiyada müğənni çıxışı zamanı eyvandan yıxıldı - VİDEO  |     12:14 Ukrayna Dünya Bankından milyardlarla dollar aldı  |     12:14 Paytaxtda olan tam orta məktəb niyə istiliksiz qalıb? (VİDEO)  |     12:02 Maştağada evləri su basdı: Uçma təhlükəsi yarandı - VİDEO  |     11:46 MDB ölkələri hökumət başçıları Şurasının iclasının vaxtı AÇIQLANDI  |     22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |    

“Korrupsiya və Qanun” qəzetinin müxbirinə 3 il həbs cəzası verilib

Astara rayonunda xuliqanlıqda təqsirləndirilən Tağı Quliyevin məhkəmə prosesi keçirilib.

ONA-nın məlumatına görə, Astara rayon Məhkəməsinin hökmü ilə Tağı Quliyev xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya məhkəməsinə müraciət edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən Tağı Quliyevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxs ifadəsində “Korrupsiya və Qanun” qəzetində bölgə müxbiri işlədiyini bildirib.

O, ittihama görə, Tağı Quliyev Astara Rayon Mərkəzi Xəstəxanasının binasındakı uşaq poliklinika şöbəsinə gedərək, şöbənin yerləşdiyi sahənin dəhlizində aqressivlik nümayiş etdirib.

O, eyni zamanda poliklinikanın dəhlizində xəstəxanada qayda-qanun yaradacağını uca səslə elan edib, ucadan nalayiq küçə söyüşləri söyüb.

Tağı Quliyev xəstəxananın baş tibb bacısı Rəcəbova Sənubər Cahangir qızının üzərinə heç bir əsaslı səbəb olmadan hücum çəkib, onun ünvanına ucadan söyüşlər söyüb. Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək Sənubər Rəcəbovanın əlindəki fincanı alıb, onun baş nahiyəsindən fincanla vurub. Tağı Quliyev zorakı əməllərini davam etdirib yenidən həmin fincanla zərərçəkmişin baş nahiyəsinə vurmaq istəyərkən Sənubər Rəcəbova bu zərbədən əyilməklə yayındığından, zərbə qadının çiyin nahiyəsinə dəyərək fincan yerə düşüb sınıb.

O, bununla da kifayətlənməyib, digər tibb bacısı Süleymanova Pərvanə Əkbər qızına qarşı da müstəsna aqressiya nümayiş etdirib.

Onu da qeyd edək ki, Tağı Quliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. O, 2002-ci ildə Rusiyada adam ölümündə təqsirləndirilərək 13 il azadlıqdan məhrum edilib. Daha sonra Azərbaycana ekstradisiya edilib, 2014-cü ildə azadlığa çıxıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 297 03.06.19 18:28