Median.Az xəbər verir ki, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 2350 manat pul oğurlayan şəhər sakini Ə.Qurbanov saxlanılıb.
Bundan başqa, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də şəhər ərazisində, Qarabağ əlilləri üçün inşa edilmiş yaşayış binasından 5 tonluq su çənini, su mühərrikini, plastik su borularını və elektrik naqilini oğurlayan şəhər sakini İ.Heydərov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.