Bakıda gənc oğlan küçədə qarət olunub.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu Sarayevo küçəsində baş verib. 2002-ci il təvəllüdlü Hüseynov Cavad Mamed oğlu Sarayevo küçəsi, 13 saylı binanın qarşısında 3-4 nəfər tanımadığı şəxs tərəfindən basqına məruz qalıb.
Həmin şəxslər yeniyetmənin mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.