Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-dən mayın 13-dək olan müddətdə Füzuli rayonu ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.