Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib, oradan 5100 dolları apardığlarını bildirib.
Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Belə ki, qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.
Araşdırma davam edir.