Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında Bakıxanov qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş R.Mürsəlovu saxlayıblar. Onun yaşadığı evdə 3 kq-dan artıq marixuana aşkar edilib.
Araşdırma zamanı, onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın, içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirməsi məlum olub.
Sabunçu RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.