Median.Az xəbər verir ki, İsmayllı RPŞ-nin əməkdaşları tərəfindən Əhən kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 45 ədəd çətənə kolu aşkar edilib.
Araşdırma nəticəsindən məlum olub ki, çətənə kolları Ərəgit kənd sakinləri H.Quliyev və E.Hüseynov əkilib.
Hər iki şəxs saxlanılıb.
RPŞ İstintaq bölməsində cinayət işləri başlanılıb.