Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Median.Az xəbər verir ki, Xiyabani küçəsi, 25 ünvanında yerləşən avtoyuma işçiləri arasında düşən mübahisə sonda bıçaqlanmaya gətirib çıxarıb.
Nəticədə 26 yaşlı Həsənzadə Cavid digər avtoyuma işçisi tərəfindən bıçaqlanıb. O, ayaq və yuxarı ətrafların kəsilmiş-deşilmiş yaraları ilə Travmatologiya İnstitutuna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//report.az