Mayın 6-da Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 1500 manat pul tələb etdiyini bildirib.
DİN Mətbuat Xidmətin Bərdə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.
Araşdırma aparılır.//sputnik.az