Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.
Median.Az ONA-ya istinadla xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.
Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.