Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində dəhşətli hadisə baş verib.
Median.Az xəbər verir ki, 1981-ci il təvəllüdlü Ceyhun Firuz oğlu Xudabaxışov qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Raziyə Arif qızı Aslanovanın başından zərbə vurduqdan sonra onun üzərinə benzin tökərək yandırıb.
Ağır dərəcəli bədən xəsarəti alan qadın 5 saylı xəstəxanaya çatdırılıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qadın bədəninin müxtəlif hissələrində 1-2-ci dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.