Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evdən 300 manat və televizor oğurlayan şəhər sakinləri F.Hacıyev və İ.Qurbanov saxlanılıblar.
Bundan başqa, mayın 2-i gecə saat 2 radələrində Quba şəhər bazarının yaxınlığında “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan şəxs ərazidə xidmət aparan
Regional Mühafizə Şöbəsinin (RMŞ) əməkdaşları tərəfindən saxlanılıb. Quba RPŞ-nə təhvil verilən şəxsin rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Süleymanov olması
məlum olub.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.