Azərbaycanda vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər - CİNAYƏTİN TƏFƏRRÜATI » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:29 Pensiya yaşı azaldılacaq? - Komitə sədri cavab verdi  |     13:03 Bakıda itən 13 yaşlı oğlan tapılıb (YENİLƏNİB)  |     12:59 Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi  |     12:55 Antalyada yanan təyyarənin sərnişinlərini xilas edən azərbaycanlı aviaşirkətdən şikayətçidir  |     12:49 Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi  |     12:43 Lamiyə Vəliyeva akfrikalı idmançı ilə ailə həyatı qurur - FOTO  |     12:42 Bakıda qarlı havalara hazırlıq işləri görülür  |     12:37 Azərbaycanda narkotik vasitələrin əsas tədarükçülərindən bəziləri ƏLƏ KEÇDİLƏR  |     12:27 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi  |     12:24 "Real Madrid" antirekorda imza atdı  |     12:23 Bakıda yaşlı qadın dəm qazından zəhərlənərək ÖLDÜ  |     12:22 "Instagram"dan yeni sevindirici funksiyalar - FOTO  |     12:16 Rusiyada müğənni çıxışı zamanı eyvandan yıxıldı - VİDEO  |     12:14 Ukrayna Dünya Bankından milyardlarla dollar aldı  |     12:14 Paytaxtda olan tam orta məktəb niyə istiliksiz qalıb? (VİDEO)  |     12:02 Maştağada evləri su basdı: Uçma təhlükəsi yarandı - VİDEO  |     11:46 MDB ölkələri hökumət başçıları Şurasının iclasının vaxtı AÇIQLANDI  |     22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |    

Azərbaycanda vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər - CİNAYƏTİN TƏFƏRRÜATI

Dünən Şəmkir rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Median.Az
bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Bayramlı kəndində yaşadığı evdə güllələnərək öldürülən 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov Ədliyyə Nazirliyinin işçisi olub. O, Gəncədə yerləşən həbsxanada nəzarətçi vəzifəsində çalışırmış. Hələlik hadisənin kim tərəfindən, hansı səbəbdən və hansı şəraitdə törədilməsi məlum deyil.

İlkin araşdırmalar zamanı məlum olub ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. Yaxınları onun silahının olmadığını və intihar ehtimalını inkar ediblər.

Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin director müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.

Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Qətlə yetirilən oğlanın dayısı qızı isə kənd bələdiyyəsinin sədridir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 707 03.05.19 13:24