Median.Az xəbər verir ki, mayın 1-i saat 22 radələrində Poladlı kəndində müəyyən edilməmiş avtomobillə kənd sakini Məhər Hüseynov vurulub və nəticədə hadisə yerində ölüb.
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədilməsi müəyyən edilib və onun sürücüsü, Mamırlı kənd sakini H.Əhmədov saxlanılıb.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.