Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis bölməsinə Q.Qarayev prospektindəki mağazadan 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.