Median.Az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan E.Hüseynov saxlanılıb.
Araşdırma zamanı, onun bu ilin yanvar-aprel aylarında bir yardımçı təsərrüfatdan 2 ev quşu, bir köşkdən 100 manat, üç evdən inşaat materialları, televizor və pul, iki həyətyanı sahədən qaz sayğacı və inşaat materialları oğurlaması məlum olub.
RPŞ İstintaq bölməsində istintaq aparılır.