Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 23-də rayon ərazisindəki evdən 550 manat, noutbuk, mobil telefon və qol saatı oğurlayan qrupun digər üzvü - Bakı şəhər sakini R.Həsənov saxlanılıb.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq davam edir.