Bakıda gənc oğlan küçədə bıçaqlanıb.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Nərimanov rayonu, F.Xoyski 115 saylı binanın qarşısında Abşeron rayonu, Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədov Məhəmməd İlqar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.