Median.Az xəbər verir ki, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon sakini Ş.Məmmədova məxsus yardımçı təsərrüfatdan 1 baş inək və 9 baş qoyun oğurlayan Saatlı şəhər sakinləri K.Zeynalov, S.İbrahimov, əvvəllər məhkum olunmuşlar E.Əliyev və R.Şıxalıyev saxlanılıblar.
Araşdırma zamanı Zeynalovun, İbrahimovun və Şıxalıyevin Sabirabad rayonu ərazisində bir həyətyanı sahədən su mühərriki, habelə M.Cəfərova məxsus 7 baş qoyunu oğurlamaları məlum olub.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.