Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev, aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəxri Heybətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.