Avtoparkovka üstündə adam öldürən şəxsin kassasiya şikayəti təmin olunmayıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:03 Bakıda itən 13 yaşlı oğlan tapılıb (YENİLƏNİB)  |     12:59 Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi  |     12:55 Antalyada yanan təyyarənin sərnişinlərini xilas edən azərbaycanlı aviaşirkətdən şikayətçidir  |     12:49 Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi  |     12:43 Lamiyə Vəliyeva akfrikalı idmançı ilə ailə həyatı qurur - FOTO  |     12:42 Bakıda qarlı havalara hazırlıq işləri görülür  |     12:37 Azərbaycanda narkotik vasitələrin əsas tədarükçülərindən bəziləri ƏLƏ KEÇDİLƏR  |     12:27 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi  |     12:24 "Real Madrid" antirekorda imza atdı  |     12:23 Bakıda yaşlı qadın dəm qazından zəhərlənərək ÖLDÜ  |     12:22 "Instagram"dan yeni sevindirici funksiyalar - FOTO  |     12:16 Rusiyada müğənni çıxışı zamanı eyvandan yıxıldı - VİDEO  |     12:14 Ukrayna Dünya Bankından milyardlarla dollar aldı  |     12:14 Paytaxtda olan tam orta məktəb niyə istiliksiz qalıb? (VİDEO)  |     12:02 Maştağada evləri su basdı: Uçma təhlükəsi yarandı - VİDEO  |     11:46 MDB ölkələri hökumət başçıları Şurasının iclasının vaxtı AÇIQLANDI  |     22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |    

Avtoparkovka üstündə adam öldürən şəxsin kassasiya şikayəti təmin olunmayıb - FOTO

Ali Məhkəmədə Bakı şəhər sakini Zaur Manafovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2015-ci il avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində Zaur Manafov idarə etdiyi "Ford" markalı avtomaşınla evə gedərkən, "Orxideya" gül salonunun qarşısında dayanan bir neçə avtomobili görüb və yolun dar olmasından düşünüb ki, ordan keçə bilməyəcək.
"QAZel" markalı maşının sürücüsü Sərxan Mahmudov sükan arxasına əyləşəndə, yadına düşüb ki açarlar dükanda qalıb və oranın işçisi Elçin Qədomovdan onları gətirməsini xahiş edib. Amma sonuncu bunu etmək əvəzində Zaura təkidlə başa salmaq istəyib ki, o həmin maşınların arasından keçə biləcək. Zaur Manafov isə deyib ki, buna əmin deyil. Onun yanında olan atası Məmməd Manafov söhbətə müdaxilə edərək, Elçinin üstünə qışqırıb ki, avtomobilləri ordan götürsünlər. Qədimova atasının tonu xoşuna gəlmədiyi üçün ona cavab qaytarıb. Zaur Elçini itələdikdə, Sərxan Zaurun sifətinə başı ilə zərbə vurub, Manafov maşınına qaçaraq, salondan bıçaq götürüb. O, mağazanın vitrinindəki şüşəni sındırıb. Sərxan Zaurun başına stulla zərbələr vurub. Salondan 6-7 metr məsafədə Manafov Mahmudovun döş qəfəsinə bıçaqla zərbə endirib, öz növbəsində Qədimov da Zauru bıçaqlayıb. Xəstəxanaya çatdırılan Sərxan kəskin qan itirmədən vəfat edib, həmçinin Manafova da tibbi yardım göstərilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Zaur Manafov saxlanılıb və istintaqa təhvil verilib, Elçin Qədimov səhərisi gün könüllü 4-cü polis bölməsinə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. E.Qədimov 4 ay müddətinə azadlıqdan məhrum olunub, amma o, həmin müddəti istintaq təcridxanasında saxlanıldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Bundan sonra Z.Manafov kassasiya şikayəti verib.

Ali Məhkəmənin qərarına əsasən, Z.Manafovun kassasiya şikayəti təmin edilməyib.

















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 717 30.04.19 11:16