Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb.
Median.Az-ın report-a istinadən məlumatına görə, aprelin 20-də rayon sakini, Cəlal Səməd oğlu Tağıyev bıçaq xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və bu gün xəstəxanada ölüb.
Hadisəni törədən, Yanıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Mikayıl Oktay oğlu Abdıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.