Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.1; 69.3-cü maddələrinə əsasən 2 il 3 ay 13 gün müddətinə azadlqıdan məhrum edilmiş məhkum Rahmanov Pərviz Rövşən oğlu ilə qısamüddətli görüşə gəlmiş Salyan şəhər sakinləri - atası Rəhmanov Rövşən Nəsir oğlu və anası Rəhmanova Vüsalə Malik qızı tərəfindən gətirilmiş sovqata və üzərlərinə baxış keçirilən zaman orada olan konfetlərin arasında gizlədilmiş bir ədəd bükülüdə 0,192 qram tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.