Median.Az xəbər verir ki, aprelin 22-də Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində 2 naməlum şəxs kənd sakini Ş.Nəsirovanı aldadıb 200 manat pulunu alıblar. Bununla əlaqədar zərərçəkmiş Füzuli RPŞ-nə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar B.Əliyeva və A.Abdullayeva saxlanılıblar.
Araşdırma zamanı, A.Abdullayevanın aprelin 5-də Aşağı Yağlıvənd kənd sakini N.Quliyevanı aldadıb, ondan 423 manat pul alması müəyyən edilib.
Faktla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.