Median.Az xəbər verir ki, Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini S.Rəhimov saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxs aprelin 23-ü saat 19 radələrində Ə.Ələkbərov küçəsində, yaşadığı evin girişində Bakı şəhər sakini R.Seyidovanın, içərisində bankomat kartları və sənədləri olan pulqabısını ələ keçirib, qaçıb.
Bundan başqa, Yasamal RPİ-nin 29-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş T.Zeynalov saxlanılıb.
Müəyyən edilib ki, T.Zeyanlov A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə alıb, hadisə yerindən uzaqlaşıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işləri başlanılıb.