Median.Az xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayevdən 410 qram marixuana götürülüb.
Bundan başqa, Balakən RPŞ və rayon prokurorluğunun əməkdaşları daxil olan məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə 305 qrama yaxın marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.