Median.Az xəbər verir ki, Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 5000 manat pul oğurlayan şəhər sakini A.Yaqubov saxlanılıb.
Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən bu il fevralın 25-də şəhər ərazisindəki kafedən mobil telefon, ərzaq məhsulları və spitli içkilər oğurlayan şəhər sakini E.Şahiyev saxlanılıb.
Lerik RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.