Sumqayıtın Ceyranbatan qəsəbəsində küçədən meyit tapılıb.
Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Pərviz Sultan oğlu Rəhimov qəbul etdiyi yüksək dozada narkotik səbəbindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində küçədə ölüb.
Sakinlər onun cansız bədənini aşkarlayıb və hüquq-mühafizə orqanlarına məlumat verib.
Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təhvil verilib.
Onun Sumqayıtın dördüncü məhəllə adlanan ərazisində yaşadığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az