Bakı Ağır Cinayətlər Məhkəməsində Mehdi Piriyevin (1978-ci il təv.) CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il oktyabrın 25-də Mehdi Piriyev keçmiş həyat yoldaşı Ülviyyə Məmmədovanın (1981-ci il təv.) Abşeron rayonunda yaşadığı evə gələrək, mübahisə zamanı onu bıçaqlayıb. Yaralanan qadın Mərkəzi rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Cinayəti törədən M. Piriyev könüllü Abşeron RPİ-nə təslim olub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.