Median.Az xəbər verir ki, aprelin 21-i saat 23 radələrində Bakı şəhər sakini Ə.Bəkirov Salyan şossesi küçəsi ilə hərəkət edərkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manat pulunu alıblar.
Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci polis bölməsinə müraciət edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri C.Ağayev və V.Paşayev saxlanılıblar.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.