Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan 1400 manat pul oğurlayan Gəncə şəhər sakini G.Rəsulova saxlanılıb.
Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar-aprel ayları ərzində Gəncə şəhəri ərazisində 3 evdən, 2 avtomobildən və
1 mağazadan məişət əşyaları və akkumulyator oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbişov saxlanılıb.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-dən 14-dək olan müddətdə Gəncə şəhəri ərazisində 4 mağazadan pul oğurlayan şəhər sakinləri C.Abbasov, S.Ələkbərov və Q.Hüseynov saxlanılıblar.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndirici oğurlayan Gəncə şəhər sakini
İ.Məmmədov saxlanılıb.
Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də şəhər sakini F.Ağazadənin avtomobilindən mobil telefon oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.