Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 3 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:07 "TikTok" dələduzluq etməkdə ittiham olunan şəxs məhkəmə qarşısında  |     21:59 Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır  |     21:51 AZAL-da yeni təyinat olub  |     21:45 Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb  |     21:37 Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər  |     21:28 Lerikdə dağda uçqun olub, qaya parçaları yolu bağlayıb  |     21:24 DVX: Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir  |     21:15 Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur  |     21:09 Sabahın hava proqnozu: 16-21 dərəcə isti olacaq  |     21:03 Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?  |     21:01 Türkiyə ordusu Suriya və İraqda daha yeddi terrorçu öldürüb  |     20:54 Abşeronda avtobus qəzaya düşüb, xəsarət alan var  |     20:48 Türkiyədə 28 Fevral Prosesinin generalları əfv edilib  |     20:45 Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq  |     20:34 Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu  |     19:58 Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı  |     19:55 Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     19:40 Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı  |     19:29 Robin Van Persinin yeni komandası bəlli oldu  |     19:10 SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır  |    

Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə - marixuana, yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılmış 1 kq. 350 qrama yaxın marixuana aşkar edilib.

Bundan başqa, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Daşdəmirovdan 480 qram marixuana götürülüb.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Qaratəpə kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Cəfərovun yaşadığı evdə 600 qrama yaxın marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 369 13.04.19 17:01