Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş F.Xudiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 55 qram, idarə etdiyi “BMW” markalı avtomobildən isə əlavə olaraq 1 kq-dan artıq tiryək aşkar edilib.
Faktla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.