Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlham Qədirovunbarəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Median.Az-ın report-a istinadən xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Quliyevin apellyasiya şikayəti qismən təmin edilib.
Belə ki, onun 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.
Qeydək ki, hadisə ötən ilin yayında Abşeron rayonunda baş verib. İ.Qədirov 50 manat pul üstündə xalası oğlu Xəyyam Babayevi bıçaqlayıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. İ.Qədirovun barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.