Sumqayıtda oğurluq edən 5 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:07 "TikTok" dələduzluq etməkdə ittiham olunan şəxs məhkəmə qarşısında  |     21:59 Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır  |     21:51 AZAL-da yeni təyinat olub  |     21:45 Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb  |     21:37 Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər  |     21:28 Lerikdə dağda uçqun olub, qaya parçaları yolu bağlayıb  |     21:24 DVX: Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir  |     21:15 Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur  |     21:09 Sabahın hava proqnozu: 16-21 dərəcə isti olacaq  |     21:03 Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?  |     21:01 Türkiyə ordusu Suriya və İraqda daha yeddi terrorçu öldürüb  |     20:54 Abşeronda avtobus qəzaya düşüb, xəsarət alan var  |     20:48 Türkiyədə 28 Fevral Prosesinin generalları əfv edilib  |     20:45 Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq  |     20:34 Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu  |     19:58 Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı  |     19:55 Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     19:40 Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı  |     19:29 Robin Van Persinin yeni komandası bəlli oldu  |     19:10 SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır  |    

Sumqayıtda oğurluq edən 5 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6 avtomobildən pul, mobil telefon və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini A.Mövsümovanın, içərisində 70 manat pulu və sənədi olan pulqabısını oğurlayan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Quliyev saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də marşrut avtobusunda, şəhər sakini olan qadının mobil telefonunu oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuşlar Ə.Həsənov və M.Məmmədov saxlanılıblar.

Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəhər ərazisində 2 həyətyanı sahədən su sayğacı oğurlayan şəhər sakini M.Məmmədov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 665 10.04.19 19:01