Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki 4 avtomobildən pul, sənəd, qızıl əşyalar və mobil telefon oğurlayan, habelə 6 avtomobildən oğurluğa cəhd göstərən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.