Median.Az xəbər verir ki, Yasamal RPİ-nin 29-cu polis şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub.
Araşdırma zamanı, H.Məmmədzadənin martın 27-i saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib. Piyadaya xəstəxanada ilkin
tibbi yardım göstərilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmış sürücü, Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.
Araşdırma aparılır.