Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Pensər kənd sakini A.Şükürov saxlanılıb, şəxsi axtarış zamanı ondan 770 qram heroin və elektron tərəzi götürülüb.
Növbəti tədbir zamanı narkotik vasitəni ona satan Telman kənd sakini K.Novruzov da tutulub, şəxsin axtarış zamanı ondan 420 qram heroin və elektron tərəzi, yaşadığı evdən isə əlavə olaraq 460 qram heroin aşkar edilib.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etmə, satma və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb.