Median.Az xəbər verir ki, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da rayon ərazisindəki evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini A.Sebastiyanov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.