Median.Az xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində fevralın 7-də rayon sakini E.Bağırova məxsus transformatoru oğurlayan şəhər sakinləri R.Sultanov və S.Mirzəyev saxlanılıblar.
Araşdırma zamanı, R.Sultanovun rayon ərazisində 4 həyətyanı sahədən 24 ev quşu və elektrik naqili, S.Mirzəyevin isə 5 həyətyanı sahədən 35 ev quşu və təmir-tikinti alətləri oğurlaması müəyyən edilib.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.