Median.Az xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisində “Mercedes” markalı avtomobildən 50 manat pul və mobil telefon oğurlayan Samux rayon sakini R.Orucov və Bakı şəhər sakini İ.Məmmədov saxlanılıblar.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.