Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan qadının 6000 manat və 2700 dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb.
Araşdırma zamanı onun, ötən il mayın 25-də şəhər sakini olan daha bir qadını aldadıb 3500 manat pulunu alması məlum olub.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.