Sabunçuda nənə ilə nəvəni öldürən "ZİL" sürücüsünə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib - Fotolar  |     22:45 Sabunçuda 15 nəfərin ölümünə görə sahibkar həbs edildi  |     22:38 Apteklər onlara spirt satmayacaq!  |     22:30 Azərbaycan XİN Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb  |     22:24 Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb  |     22:11 Ordumuzun hərbçisi qəfil vəfat etdi - Foto  |     22:04 Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edildi  |     21:40 Mütəxəssisdən xəbərdarlıq: "Xoş qoxulara aldanmayın, ciddi problemlər yaradır"  |     21:29 İş adamı Qurban Piriyev yarım milyon İTİRDİ: Məsələdə adı hallanan qadın ÖZÜNÜ ÖLDÜRDÜ  |     20:43 Joze Mourinyo "Qalatasaray"ı məhkəməyə verəcək  |     20:26 Mətbəxi təmizləməyə görə iki nəfəri bıçaqladı: Qanlı hadisənin TƏFƏRRÜATI (VİDEO)  |     19:57 İsrailin mərkəzində güclü partlayış səsləri eşidilib  |     19:45 Azərbaycanda məşhur universitet BAĞLANIR  |     19:35 Polşa qırıcı təyyarələrini havaya qaldırıb  |     19:25 Sabah Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  |     19:17 Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ  |     18:55 Taekvondoçular Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün ikiqat əziyyət çəkməli olacaqlar  |     18:30 Hava daşımalarında baqaja vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib  |     18:27 Bakının əsas prospektində hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırıldı  |     18:00 Müğənni Ayaz Qasımova vəzifə verildi  |    

Sabunçuda nənə ilə nəvəni öldürən "ZİL" sürücüsünə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Tərlan İmanovun (1956-cı il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il sentyabrın 28-i saat 19 radələrində Tərlan İmanov idarə etdiyi “ZİL 130” markalı avtomaşınla Sabunçu rayonunun Şəhər şosesi küçəsində piyada keçidində Gülü Salmanovanı (1952-ci il təv.), onun nəvələri - İlkin Məmmədovu (2008-ci il təv.) və Aygün Məmmədovanı (2009-cu il təv.) vurub. Zərərçəkmişlər 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsalar da, G.Salmanova və A.Məmmədova orada ölüblər.

T.İmanov Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, cəzasını məntəqə tipli cəza çəkmə məntəqsində çəkəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 749 28.02.19 15:37